Cəmiyyət

Zaqatalada 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapıldı

12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşən 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları tapılıb.

 

Tacxeber.comapa.az-a istinadən xəbər verir ki, 09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında “Şamilovka” meşə massivində aşkar edilib.

 

Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Siyasilər “istintaq” adı altında uzun müddət həbsdə saxlanılırlar”

admin

Rusiya: İran lideri Xameneinin aradan götürülməsi “Pandora qutusunu açacaq”

redaktor

Rusiyanın ballistik raket ehtiyatları azalır – Kəşfiyyat

redaktor