Cəmiyyət

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

 

Tacxeber.com Bakupost.az-a istinadən məlumat verir ki, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.

 

Onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi. Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var. D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, bundan öncə tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edildiyi üzə çıxmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Yetirmişlidən güclü zəlzələ ilə bağlı AÇIQLAMA: “Dərinliyi çox…”

redaktor

“Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?”

admin

Alimpaşa Məmmədovun 11 milyonluq əmlakları ilə bağlı qərar verildi

redaktor