Cəmiyyət

Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb – VİDEO

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

 

Tacxeber.comxəbər verir ki, bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib.

 

İdman ustası, “Azəryol” və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib. Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.

 

O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.

 

Qeyd edək ki, İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa “Challenge Cup” turnirnin bombardilərindən də olub.

 

Oxşar xəbərlər

Həm ucuz, həm də effektiv reklam: “TikTok”da biznesi tanıtmaq üçün uğurlu üsul hansıdır?

admin

Nəcəfin 5 ayına “quyruqlu 5”

admin

Elmar Məmmədyarov: “Məni düzgün başa düşməyiblər, hər kəsi savadına uyğun işə götürürdük. Nə tapşırıq?”

redaktor