18 C
Bakı
08 Oktyabr 2026 03:11
Sağlamlıq

Makaron və düyü yenidən qızdırıldıqda insanları zəhərləyirmi? – İzah

Son günlərdə bir sıra yeməklərin təkrar qızdırılacağı halda orqanizmdə ciddi problemlər yaradacağı barədə məlumatlar tirajlanır.

 

Tacxeber.com xəbər verir ki, nutrisioloq Aytən Xaqan bu məsələyə aydınlıq gətirib. O, “makaron və düyü yenidən qızıdırıldıqda insanları zəhərləyirmi?” sualına belə cavab verib:

 

“Makaron və düyünü bişirdikdə və 2 saatdan artıq otaq temperaturunda saxladıqda onların tərkibində olan toksik maddələr aktiv hala gəlir. Bu yeməklər yenidən isidilərsə, sizi zəhərləmə ehtimalı arta bilər.

 

Bəs necə edək?

Bişirdiyiniz makaron və düyünü 2 saat ərzində soyuducuya qoysanız, digər günlərdə, hətta 3 gün ərzində yenidən yeyə bilərsiniz. Burada diqqət etməli olduğunuz məqam yeməyi yeyəcəyimiz qədər qızdırmaqdır” – o söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

İcbari Tibbi Sığorta və həkimin vicdan sınağı

redaktor

Məşhur immunoloq “mükəmməl sağlamlığın” sirrini tapdı

redaktor

Maya və mayasız…

redaktor