23 C
Bakı
24 İyun 2025 11:32
CəmiyyətGündəmİdman

Uşaq futbolunda matçlar cırıq toplarla oynanıldı, AFFA müdaxilə etdi – Şəkil

AFFA U-13 Liqasının bugünkü matçlarında istifadə olunan toplarla bağlı açıqlama yayıb.

 

Daha əvvəl idman jurnalisti Mirələm Həsənli U-13 Liqasının oyunları üçün bu gün verilən topların şəklini paylaşıb. Şəkildə topların pis durumda, cırıq vəziyyətdə olması görünür.

 

AFFA-dan məsələ ilə bağlı verilən açıqlamada qeyd olunub ki, oyunların əvvəlcədən nəzərdə tutulan başlama saatının ləngiməməsi üçün yeni toplardan istifadə olunmayıb:

 

“U-13 Liqasındakı məsələ ilə bağlı qeyd etmək istərdik ki, bunlar ehtiyat toplardır. Hər hansı fors-major vəziyyətdə istifadə olunur. Bu gün səhər saatlarında yeni toplar gətirilməli idi. Oyunların vaxtında başlaması, gecikməməsi üçün birinci hissələr ehtiyat toplarla oynanıldı. Növbəti oyunlarda artıq komandalar yeni toplarla təmin olundular. Topların gec gəlməsi ilə bağlı tərəfimizdən araşdırma aparılacaq və müvafiq addımlar atılacaq”. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rəis sürücünü “Olar səni qucaqlayım?” şeirinə görə İŞDƏN QOVDU – VİDEO

redaktor

Fərid Səfərlinin anası: “SEPAH oğlumun cəza müddətini artırmaq istəyirdi”

redaktor

Dünyada ilk: ana bətnində beyin əməliyyatı

redaktor