24 C
Bakı
18 Oktyabr 2026 11:53
Dünya

Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb

Bu barədə “SIC Noticias” məlumat yayıb.

Layihənin digər tərəfdaşı olan “Grupo Outeirinho” şirkəti də eyni məbləğdə vəsait yatırıb. Beləliklə, ümumi investisiyanın 20 milyon avro təşkil edəcəyi, Ronaldo və şirkətin layihədəki paylarının hər birinin 50 faiz olacağı bildirilir.

Su qablaşdırma zavodunun tikintisi artıq Portuqaliyanın Braqansa bələdiyyəsində aparılır. Müəssisənin tikintisinin başa çatdırılması, məhsulun Portuqaliya və beynəlxalq bazarlara çıxarılması 2027-ci ilin sonunadək planlaşdırılır.

Yeni brendin hazırlanması ilə İtaliyanın dizayn şirkəti məşğul olur. Məlumata görə, layihənin həyata keçirilməsi mərhələli şəkildə onlarla yeni iş yerinin yaradılmasına imkan verəcək.

Şirkət, həmçinin Portuqaliya su bazarının 45 faizinə sahib olduğunu bildirir. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransada vəziyyət sürətlə pisləşir

redaktor

Müharibə ritorikasını deyil, sülhü seçin!

redaktor

Din adına qurulan güc şəbəkələri

redaktor