22.5 C
Bakı
28 İyun 2026 14:28
Kriminal

Narinin qatilləri ilə bağlı ŞOK AÇIQLAMA: Qaldıqları həbsxanada…

Narin Güran işi üzrə bir neçə gün əvvəl məhkəmə qərarı çıxmışdı. Məhkəmə nəticəsində ana, əmi və böyük qardaş ağırlaşdırılmış ömürlük həbs cəzası almış, Nevzat Bahtiyar isə cinayətdən bəraət qazanaraq yalnız yardım cinayətinə görə 4 il 6 ay həbs cəzasına məhkum edilmişdi.

 

Məhkəmədən sonra Nevzat Bahtiyarın vəkili Ali Eryılmazın açıqlamaları isə hələ də gündəmdə müzakirə olunmağa davam edir. Əvvəlki açıqlamasında Eryılmaz, “Ya bir etiraf olacaq, ya da bir-birilərini ittiham etməyə başlayacaqlar. İlk ittiham da gəldi. Yüksel ‘Salim etdi’ dedi,” ifadələrini işlətmişdi.

 

Tacxeber.com xəbər verir ki, Eryılmaz bu dəfə də Yüksel Güran, Enes Güran və Salim Güranın müxtəlif həbsxanalara köçürülməsi üçün müraciət etdiklərini bildirib:

 

 “Narin işi səbəbilə hələ də həbsdə olan Yüksel Güran, Enes Güran və Salim Güranın göstərdiyimiz əsaslarla, təcili şəkildə ölkənin müxtəlif bölgələrindəki digər həbsxanalara köçürülməsi üçün Ədliyyə Nazirliyinə müraciət etdik,” deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzanın görünməyən tərəfi: əsas günahkar kimdir?

redaktor

Bakıda iki narkokuryerdə heroin və metamfetamin aşkar olundu – Video

redaktor

Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqladı

redaktor