Dünya

Kim Çen Indan sosiska qadağası: Vətənə xəyanət qərarı

Şimali Koreyada lideri Kim Çen In Qərb mətbəxinə aid sosiska və kolbasalı yeməkləri qadağan edib.

 

Tacxeber.comxəbər verir ki, hot-doqların hazırlanmasının qadağası ilə yanaşı, bunu hazırlayanlara ağır cəza tətbiq ediləcək.

 

Ölkədə hot-doq satarkən və ya bişirərkən tutulan şəxslər isə islah əmək düşərgələrinə göndəriləcək.

 

Britaniyanın “The Sun” qəzetinin məlumatına görə, hot-doqla yanaşı, bəzi Cənubi Koreya mətbəxinə aid “budae-jjigae” yeməyinin də hazırlanması qadağan edilib.

 

Bu yeməkləri hazırlayanlar isə “vətənə xəyanət” etmiş hesab olunacaqlar.

 

Şimali Koreyada boşanma məsələsinə də ciddi qadağalar tətbiq edilib və bu vətəndaşları bir ilədək həbs cəzası gözləyir.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Əvvəl bəxtəvərlər evi idi, sonra bədbəxtlər evinə çevrilən hökümət evi

admin

Dolların hökmranlığına qarşı yeni maliyyə cəbhəsi

redaktor

Şərqin Z nəsli dindən çıxacaq: qarşısıalınmaz proses başlayıb

redaktor