2 C
Bakı
11 Fevral 2026 12:26
DünyaGündəm

Rusiya atəşkəsə RAZILAŞDI – Müharibə bitir?

“Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub”.

 

“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

 

O, söyləyib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümidin olduğunu göstərəcək: “Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür”.

 

Orban, həmçinin qeyd edib ki, rəsmi Kiyev təxribatlara getməməlidir: “Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib- etməmək barədə məsuliyyət daşıyır”.

 

Baş nazirin fikrincə, ABŞ-da Donald Trampın hakimiyyət dövrünün başlanması Ukraynadakı müharibəyə də təsir edəcək: “Onun and içməsinə təxminən bir ay qalıb. İndi əhəmiyyətli məsələ and içməyə qədər Trampın başına bir iş gəlməməsidir”. Siyasətçinin sözlərinə görə, artıq insanlar müharibədən, sanksiyalardan beziblər.

 

Qeyd edək ki, Zelenski daha əvvəl Macarıstanın vasitəçiliyindən imtina etdiyini bildirib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanovun oğlu Musa Qurbanlı xokkey oyununda meydana çıxdı – Şəkil

admin

Aşotyandan Paşinyanın oğluna: “Atanın ucbatından 5 min erməni ölüb, get şikayətini geri götür”

redaktor

Erməniləşdirilmiş Səyat Nəva

redaktor