24 C
Bakı
13 Avqust 2025 07:50
CəmiyyətDünyaHadisəSiyasət

Keçmiş futbolçu Gürcüstanın yeni prezidenti oldu.

Gürcüstanda bu gün prezident seçkiləri keçirilib.

 

Mixeil Kavelaşvili yeni prezident seçilib. Seçki Komissiyasının 224 üzvü onun lehinə səs verib.

 

Səsvermə saat 9:00-dan 14:00-dək ölkə parlamentində baş tutub. Seçkilərdə ümumilikdə 225 seçki komissiyasının üzvü iştirak edib, 1 bülleten etibarsız sayılıb.

 

Seçkilər etirazlar fonunda baş tutub. Səhər saatlarında etirazçılar şəhərin mərkəzi prospektini bağlayıb və parlamentə bitişik küçədə mövqe tutublar. Parlament binası polis tərəfindən mühasirəyə alınıb.

 

Kavelaşvili Gürcüstan prezidentliyinə yeganə namizəd olub. Onu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası təqdim edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran kifayət qədər gənc, savadlı və dinamik cəmiyyətə, topluma malikdir -Natiq Cəfərli

redaktor

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

redaktor

Yayda Azərbaycana qar yağdı – FAKTİKİ HAVA

admin