Digər

ABŞ Ukraynaya minlərlə raket göndərir

ABŞ Co Baydenin prezidentliyinin son günlərində Ukraynaya silah tədarükünü artırmaq üçün tarixi cəhd edir.

 

Bu barədə CNN-ə Ağ Evin yüksək səviyyəli rəsmisi açıqlamasında deyib.

 

“Müdafiə Nazirliyi qarşıdakı beş həftə ərzində böyük miqdarda silahların Ukraynaya daşınması üçün tarixi səylər göstərir. İndidən yanvarın ortalarına qədər biz Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli texnika və digər kritik imkanlar təqdim edəcəyik”, – Ağ Ev rəsmisi bildirib.

 

Məlumata görə, silah təchizatının koordinasiyasına Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan rəhbərlik edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Blogerlər məndən az bilirlər”

redaktor

Qartal haqqında 5 maraqlı məlumat

redaktor

REALLIQ – Dünyaya diktatura və azadlığı bu ölkə gətirir.

admin