25 C
Bakı
02 Sentyabr 2026 12:31
İdman

Qurban Qurbanovun oğlu “Traktor”a transfer olunur?

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı 2025-ci ilə ölkə xaricində başlaya bilər.

 

Publika.az xəbər verir ki, Qurban Qurbanovun oğlu bu dəfə İrandan dəvət alıb.

 

“Traktor” gənc forvardı icarəyə götürmək üçün hərəkətə keçib. Cənubi Azərbaycan təmsilçisi menecerlər vasitəsilə qarşı tərəflə təmas qurub, yığmamızın futbolçusunun şərtləri ilə maraqlanıb. Təbriz klubu ona ilyarımlıq müqavilə təklif etmək niyyətindədir.

 

Qeyd edək ki, Musa artıq bir dəfə legioner həyatı yaşayıb. O, 2023-cü ilin yayında 500 min avro qarşılığında “Yurqorden”ə (İsveç) satılıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah”ın Çempionlar Liqasında təqvimi

admin

Bir məğlubiyyət, min unudulan qələbə

redaktor

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor