14 C
Bakı
01 Aprel 2026 12:24
Cəmiyyət

Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? – Açıqlama

Sosial şəbəkələrdə son günlər paytaxt ərazisində kəskin qoxunun olduğu ilə bağlı məlumatlar yayılıb. Bu qoxunun səbəbi kimi müxtəlif amillər ehtimal edilir.

 

Bəs görəsən, bu qoxunun səbəbi nədir?

 

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı BakuPlus.az Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov ilə əlaqə saxlayıb. O qeyd edib ki, qoxunun əsas səbəbi tullantılardır:

 

“Bakıda minlərlə qeyri-qanuni zibilxanalar var. Onlar ləğv olunmalıdır. Son günlər yayılan kəskin qoxu da elə həmin yaranan zibilliklərlə əlaqəlidir. Zibili kanalizasiyalara da tullayırlar. Ümumi olaraq bu kimi tullantılar çürüyür və metan qazı yaradır. Hər yer də çirklənir.

 

İnsanlar zibilləri hara gəldi atırlar. Sonra da şikayət edirlər. Yaranan qoxunun əsas səbəbi qalıqların çürüməsidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Tahir Kərimli: “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!

redaktor

Vaqif Cavadov istefaya göndərildi

admin

Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Çadır toyu səviyyəsində olan verilişlər…

admin