Dünya

Britaniya kəşfiyyatından ŞOK AÇIQLAMA: “İran İsraillə genişmiqyaslı münaqişə istəmir”

İranın rəhbərliyi ilə bağlı həssas məqam yaxınlaşır.

 

Tacxeber.comxəbər verir ki, bunu “Sky News” telekanalına müsahibəsində Britaniyanın gizli kəşfiyyat xidməti olan “MI6”nın keçmiş rəhbəri Con Soyers deyib.

 

“İran, ümumiyyətlə, İsraillə böyük münaqişədən kənarda qalmağa çalışıb, bunun əvəzinə öz proksi qüvvələrinin (HƏMAS və ya Hizbullah) Təl-Əvivlə qarşıdurmasına üstünlük verib. Səbəb isə Xameneinin səhhətindəki problemlərə görə getməsi və İranın yeni ali rəhbərinin seçilməsidir”, – deyə Con Soyers vurğulayıb.

 

Onun sözlərinə görə, İranın yüksək vəzifəli şəxsiyyətləri ölkənin yeni ali rəhbərinin kim olacağını, habelə hərbi və dini rəsmilər arasında balansın necə olacağını bilmirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

redaktor

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor