Sağlamlıq

Yaddaşı vitaminsiz necə gücləndirmək olar?

Yaddaşı yaxşılaşdıran həblər və vitaminlər yoxdur…

yaddasi-vitaminsiz-nece-guclendirmek-olar

Yaddaşı yaxşılaşdırmaq və gücləndirmək üçün neyrobik adlanan məşqlər edə bilərsiniz.

 

Tacxeber.com xəbər verir ki, nevroloq Marina Hacıyeva “Veçernaya Moskva”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, ünsiyyət neyronlarını yetişdirmək üçün aktiv həyat tərzi sürmək lazımdır.

 

“Yaddaşı yaxşılaşdıran həblər və vitaminlər yoxdur. Sinir əlaqələri əzələlər kimidir, məşq etməsəniz, əzələlər güclənməyəcək. Eyni məşqlər yaddaşa da aiddir. Əgər siz yaddaşınızı və beyninizi məşq etdirməsəniz, o zaman sinir əlaqələri yavaş-yavaş və az miqdarda formalaşır”, – deyə həkim izah edib.

 

Həkim qeyd edib ki, neyronları məşq etdirmək üçün daim nəsə öyrənmək vacibdir. Həmçinin Aralıq dənizi pəhrizi də faydalıdır, çünki o, vitamin, lif və zülalla zəngin qidaları özündə cəmləyir.

 

Hacıyeva əlavə edib ki, dominant olmayan əlinizlə müxtəlif hərəkətlər etmək tövsiyə olunur. Bundan əlavə, qan təzyiqi, şəkər və xolesterin səviyyəsinə nəzarət etməlisiniz. Yaddaşı yaxşılaşdırmaq üçün yolunuzu dəyişdirə və özünüz üçün yeni vəzifələr təyin edə bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? – Mütəxəssis izah edir

redaktor

Öskürənlərin DİQQƏTİNƏ! – Dəfnə yarpağından ÇAY

redaktor

İmmuniteti yüksəldən arı südü nədir? – Faydaları və istifadə qaydaları

redaktor