21 C
Bakı
12 Avqust 2025 02:27
Dünya

Dünya şokda! Çində yenə bəla tapıldı: “Bataqlıq virusu” gəlir

 

Çin alimləri gənə ilə ötürülən virus aşkar ediblər.

 

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Monqolustanda bir şəxs parkda gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində virus aşkar ediblər.

 

Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir.

 

Virusun adı “Bataqlıq Virusu”dur.

 

Araşdırmalar nəticəsində, qoyun, donuz və atlarda bu virus aşkar edilib. Bu heyvanların virus daşıyıcısı ola biləcəyi irəli sürülüb.

 

İndiyədək bataqlıq virusu yalnız Çinin şimal-şərqində aşkar edilib.

 

Gənə xəstəliklərindən qorunmaq üçün meşələrdə və çəmənliklərdə gəzərkən uzun şalvar geyinmək lazımdır.

 

Əgər sizi gənə dişləyibsə, birbaşa həkimə müraciət etməlisiniz.

Tacxeber.com

Oxşar xəbərlər

Priqojinə niyə məhz Tverdə sui-qəsd edildi? – Qəribə detal

redaktor

Putini danışıqlara necə məcbur etmək olar? – Zelenski açıqladı

redaktor

Lukaşenko Litvanın notası barədə: “Unitazlarda kifayət qədər yer var” – VİDEO

admin