18 C
Bakı
21 Oktyabr 2026 01:07
Dünya

“Türk Hava Yolları”nın pilotu aviareys zamanı VƏFAT EDİB

“Türk Hava Yolları” aviaşirkətinin kapitan pilotu İlçehin Pehlivan aviareys əsnasında vəfat edib.

 

Tacxeber.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün məlumat yayıb.

 

Bildirilib ki, “Airbus 350” tipli təyyarə ilə yerinə yetirilən TK204 nömrəli Seattle-İstanbul reysi zamanı pilotun halı anidən pisləşib. Hadisənin ardından Nyu-Yorka təcili eniş qərarı alınsa da, pilotun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edilib ki, 59 yaşlı İlçehin Pehlivan 2007-ci ildən “Türk Hava Yolları”nda çalışırmış.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor