İdman

“Qarabağ”da ciddi itki: “Malmö” ilə oyunu buraxdı

 

“Qarabağ”ın futbolçusu Mateus Silva Avropa Liqasının Liqa mərhələsində sabah “Malmö” (İsveç) ilə keçiriləcək oyunu buraxacaq.

 

Tacxeber.com xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov oyunqabağı keçirdiyi mətbuat konfransında deyib.

 

, Misli Premyer Liqasının 8-ci turunun “Sabah”la görüşündə zədələnib braziliyalı müdafiəçinin bir neçə oyunda iştirak etməyəcəyini bildirib: “Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. “Sabah”la matçda bəlkə də çox oynadı. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün”.

 

Xatırladaq ki, “Qarabağ”ın daha bir cinah müdafiəçisi Marko Veşoviç də zədədən əziyyət çəkir. Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Malmö” matçı saat 20:45-də başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin