25 C
Bakı
10 Avqust 2025 23:21
Dünya

İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universiteti rektoru Məhəmməd Təqi Aşubi yerli KİV-ə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərlənib.

 

Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır. 16 nəfərə dializ xidmətləri göstərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Müharibə dönüş yaradacaq həmlə – Ukrayna hərəkətə keçdi

admin

Rişi Sunakın Rusiyada biznesi ÜZƏ ÇIXDI – Britaniya müxalifəti hesabat TƏLƏB EDİR

redaktor

Putinin milyarder “desantı” Qarabağın “mülki müdafiəsi”ni də nəzarətə götürdü…-FOTOLAR

admin