23 C
Bakı
02 İyul 2025 00:20
Dünya

Ruslar Lvovu və Krivoy Roqu bombardman etdi: çoxsaylı yaralı və… – VİDEO

Rusiya ordusu sentyabrın 4-ü səhər saatlarında Ukraynaya növbəti raket və PUA hücumu həyata keçirib.

 

Tacxeber.com xəbər verir ki, əsas hədəf Ukraynanın Lvov və Krivoy Roq şəhəri olub.

 

Hücum nəticəsində əsasən dəmiryol stansiyanın ərazisində yaşayış binaları yanıb. Aralarında bir neçə uşaq olmaqla xeyli sayda ölən olub. Ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə ölənlərin sayı 10-a çatır. 25 nəfərin isə yaralandığı bildirilir. Onların bir çoxunun vəziyyəti ağırdır.

 

Hücum nəticəsində bir sıra istiqamətə qatarların yola salınmasında gecikmə yaranıb.

 

Krivoy Roq şəhərinə atılan raketlər şəhər mərkəzinə düşüb və nəticədə 10-dan çox çoxmərtəbəli binaya ziyan dəyib, 5 nəfər isə xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər

Moskva masadan qovulur? –  Praqa görüşünün PƏRDƏARXASI

admin

Əminə Ərdoğan Sərvər Bəşirlini iftar yeməyinə dəvət etdi

redaktor

ÇL: “Bavariya”, “Aesenal” qalib gəldi, “Atletiko”dan darmadağın

admin