23.3 C
Bakı
13 İyun 2026 10:38
Dünya

ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ

 

ABŞ-ın Oreqon ştatının Fervyu şəhərində “Cessna 421C” təyyarəsi yaşayış evlərinin üzərinə düşüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Katu-TV kanalı məlumat yayıb.

 

Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.

 

Hadisə avqustun 31-də baş verib. Təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib.

 

ABŞ Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.

Tacxeber.com

Oxşar xəbərlər

“Valideynlər övladlarını rus bölməsindən çıxarır, nazirlik qərar verməlidir”

redaktor

İranın belə bir çətin anlarında onun ümid etdiyi kimsə, əməli kömək verərmi?

redaktor

Diplomsuz “stomatoloq” işdən çıxarıldı, klinikaya protokol TƏRTİB EDİLDİ

redaktor