25.3 C
Bakı
12 İyun 2026 12:01
Dünya

ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ

 

ABŞ-ın Oreqon ştatının Fervyu şəhərində “Cessna 421C” təyyarəsi yaşayış evlərinin üzərinə düşüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Katu-TV kanalı məlumat yayıb.

 

Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.

 

Hadisə avqustun 31-də baş verib. Təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib.

 

ABŞ Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.

Tacxeber.com

Oxşar xəbərlər

İranın Azərbaycandakı casus şəbəkəsinin terror planları – VİDEO

redaktor

Tarixin kölgəsində şişirdilmiş portret

redaktor

ABŞ-da azərbaycanlılar arasında qanlı dava: biri dünyasını dəyişdi

admin