25 C
Bakı
30 İyun 2026 13:06
DünyaHadisə

Ukraynanın sabiq deputatı güllələndi

Ukrayna Ali Radasının sabiq deputat İrina Farion güllələnib.

 

Bu barədə “Espresso” kanalının teleaparıcısı Marta Oliyarnik feysbukda məlumat verib.

 

Onun sözlərinə görə, 60 yaşlı Fariona qarşı Lvov şəhərinin Masaryk küçəsində sui-qəsd cəhdi olub.

 

Məlumata görə, Farion təxminən 20-25 yaşlı gənc tərəfindən hücuma məruz qalıb, o, evdən çıxarkən sabiq deputatı güllələyib.

 

Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç bildirib ki, İrina Farionun vəziyyəti ağırdır. Təcili yardım maşını Farionu xəstəxanaya yerləşdirib.

 

Polisin bildirdiyinə görə, zərərçəkən başından güllə yarası alıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır:

 

“Lvovda və bölgədə xüsusi polis əməliyyatı keçirilir, əməliyyata Lvov vilayəti polisinin bütün xidmət və bölmələrinin əməkdaşları cəlb olunub”, – deyə polis bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Kazinyan: “Azərbaycan “Artsaxa” qaz və yanacağı yarı qiymətə təklif etsə, nə baş verəcəyini təsəvvür edirsiz?”

admin

Həbsdə olan hüquq müdafiəçisi: “Polislərdən biri xayalarımı möhkəm sıxmağa başladı, ağrıdan dayana bilmədim”

admin

Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən və illərdir axtarılan terrorçu saxlanıldı.

admin