DünyaHadisə

İngiltərədə üsyan: Küçələr alov içində – VİDEO

İngiltərənin Lids şəhərinin Harehils bölgəsində ciddi insident yaşanıb.

Tacxeber.com xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə izdihamın polis maşınının şüşələrini sındırdığı, daha sonra isə maşını aşırdığı əks olunub.

 

Bundan əlavə, nümayişçilər ikimərtəbəli ictimai nəqliyyat vasitəsini yandırıb.

 

Baş verən iğtişaşı yatırmaq üçün hadisə yerinə əlavə polis qüvvələri göndərilib.

 

Bələdiyyə başçısı Traki Brabin də Lidsdəki sosial gərginliyi qızışdırmaq istəyənləri “yenidən düşünməyə” çağırıb.

 

Daxili işlər naziri Yvette Kuper də sosial media hesabında gərginliyin azaldılması istiqamətində vətəndaşlara çağırış edib.

 

Nazir X (tvitter) hesabındakı paylaşımda Lidsdə avtomobillərə edilən hücumlardan dəhşətə gəldiyini və xaosa yol açanların cəmiyyətdə yerinin olmadığını bəyan edib.

 

Oxşar xəbərlər

Türkiyədə baş verən zəlzələ belə HİSS EDİLDİ – VİDEO

redaktor

Xorvatiya prezidenti Borrelin işdən çıxarılmasını istəyib və Aİ rəhbərliyini vasat adlandırıb

redaktor

Amerikalı cütlük 200 min dolları zibil qutusuna atdı

redaktor