13 C
Bakı
24 Mart 2026 16:47
Şou

İbrahim Tatlıses və qızı arasında mübahisə: Müğənni polisdən kömək istəyib

 

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses və 23 il sonra qəbul etdiyi qızı Dilan Çıtak arasında kirayə haqqı üstündə mübahisə yaranıb.

 

D.Çıtak ürək qapağındakı narahatlıq səbəbi ilə bu günlərdə əməliyyat olunan ifaçının xəstəxanada yanına getməyib.

 

Hər şeyin isə kirayə haqqının ödənişi üstündə baş verdiyi bildirilir. Belə ki, İ.Tatlıses münaqişə yaranmazdan qabaq qızına Bodrumdakı evdə qalmasına icazə verib.

 

Lakin D.Çıtaka gələn telefon zəngindən sonra tərəflər arasında mübahisə yaranıb. Sənətkarın köməkçisi ona zəng edərək “ya kirayə haqqını ödəyəcəksiniz, ya da evdən çıxacaqsınız” deyib.

 

Bundan sonra D.Çıtak atasının yanına gedib və orada mübahisə yaranıb. İ.Tatlısesin polisdən kömək istədiyinə dair iddialar da var.

Tacxeber.com

Oxşar xəbərlər

“Musa mənim sürücüm, daşıyıcım, vuranımdır” – VİDEO

redaktor

Arvadını başqa kişi ilə tutdu, amma onu bağışladı – Həyatından xəyanət keçən məşhurlarımız

admin

Xalq artisti ayaqqabılarını dəyişik geyinməyindən danışdı: “Yuxulu idim”

redaktor