25 C
Bakı
28 Avqust 2026 01:40
Sağlamlıq

İsti havalarda çoxunun etdiyi SƏHV – “Skvoznyak”

Nəyə səbəb ola bilər?

isti-havalarda-coxunun-etdiyi-sehv

İstidə hava axınında qalmamaq lazımdır, çünki bu, müxtəlif tənəffüs yolları xəstəliklərinə, həmçinin miyozit və nevralgiyaya səbəb ola bilər.

 

Tacxeber.comxəbər verir ki, bunu terapevt-həkim Svetlana Burnatskaya deyib. Onun sözlərinə görə, bir çox insanlar soyuq havanın orqanizmə olan təhlükələrini unudurlar.

 

“Bədən qəfil soyuduqda, açıq havada və ya qapalı məkanda sərin havaya məruz qaldıqda, qoruyucu mexanizm – immunitet işə salınır. Bədənin müəyyən bir sahəsinə yönəldilmiş soyuq hava axını ciddi problemlər yarada bilər “, – deyə həkim vurğulayıb.

 

Həkim hava axınının (skvoznyak) yaratdığı fəsadların sinir sisteminə və əzələlərə təsir edə biləcəyinə diqqət çəkib. O əlavə edib ki, ən həssas nahiyələr baş və boyun ola bilər. Bundan əlavə, bədənin müəyyən bir sahəsinə yönəldilmiş “skvoznyak” ilə iltihablı proses baş verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Sağlam insanın qoxusu nəyə bənzəməlidir?

redaktor

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor