14 C
Bakı
27 Sentyabr 2025 14:03
İdman

Qurban Qurbanov rahat deyil: “Hamı fikirləşir ki…”

“Bütün komandalarımıza uğurlar arzulayıram.

 

Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm.

 

İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib.

 

O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Ağdam təmsilçisi bu mərhələdə “Linkoln” (Cəbəllütariq) – “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

 

Q.Qurbanov bu matçlara çox ciddi hazırlaşacaqlarını deyib:

 

“Bizim üçün 2-ci təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır.

 

Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov: “HİK sanki ikinci “Rakuv”dur”

redaktor

“Slovakiya ilə oyun tam başqa ola bilər” – Mircavadov

admin

Bilirmiş ki, Allah dünya çempionu olmasını istəyir

redaktor