Cəmiyyət

İsa Həbibbəyli tələb etdi, institut direktoru istefa verdi

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib.

 

Bu barədə Yenisabah.az-a Folklor İnstitutunun məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, Muxtar İmanovun istefası AMEA-nın prezidenti İsa Həbibbəylinin təkidi nəticəsində baş tutub.

 

Mənbə deyib ki, Muxtar İmanovla İsa Həbibbəyli uzun illər yaxın dost olublar, amma son vaxtlar dostların arasında “soyuq küləklər” əsməyə başlayıb. Bundan sonra AMEA prezidenti institut direktorundan könüllü şəkildə vəzifədən getməyi tələb edib. Muxtar İmanov bir müddət müqavimət göstərsə də, sonda AMEA prezidentitinin təzyiqlərinə davam gətirə bilməyib.

 

Onun istefa ərizəsini dünən iş gününün sonunda köməkçisi vasitəsilə AMEA prezidentinə təqdim etdiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

4 saylı Dərin Dəniz Özülündə YANĞIN: Həlak olan var

admin

Qaradağda milyonluq abadlıq və yol təmiri – “Qara Qaya” kimindir?

redaktor

“İslama görə şahmat oynamaq haramdır!” – Elşad Miri

admin