Dünya

Ukraynadan Rusiyaya daha 1300 tabut göndərildi

 

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.

 

Tacxeber.comUNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 505 100 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 33 zirehli döyüş maşını, 37 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Mask “Baby Grok” adlı tətbiq yaratmağı planlaşdırır

redaktor

18 yaşlı gənc özünə respublika yaratdı, prezident oldu – FOTO

redaktor

Tramp Kaliforniyanı təhdid etdi: Sizin pulunuzu kəsəcəyəm

redaktor