12 C
Bakı
28 Mart 2026 04:01
Siyasət

“Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir”

Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında yazıb.

 

“Bu, çoxdan gözlənilən tarixi hadisədir. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci iclasının yekunları üzrə İrəvan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”, – paylaşımda qeyd edilib.

 

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin heç vaxt məzuniyyətə çıxmır” – KREML

redaktor

Britaniyanın keçmiş Baş naziri prezident Zelenskinin məsləhətçisi oldu

redaktor

Tramp Netanyahunu niyə oyundan kənar vəziyyətə saldı? – İlk səbəb

admin