Dünya

Avstraliya öz vətəndaşlarını İsraili tərk etməyə çağırır

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

 

“Qafqazinfo” xəbər verir ki, Avstraliya XİN bununla bağlı bəyanat yayıb.

 

Qeyd olunub ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və ardınca isə İsrailin İsfahandakı hərbi bazanı hədəfə alması mülki şəxslərin həyatına olan təhlükənin səviyyəsini artırıb.

 

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər”, – bəyənatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor

Kiyevə raket zərbəsi: Kremlin özünə vurduğu zərbə

redaktor