28 C
Bakı
13 Avqust 2025 18:12
DünyaMuharibəSiyasət

Kiyevin işi ÇƏTİNLƏŞİR: Savaşın nəticəsi necə olacaq? – “Yay aylarında..”

Ukrayna savaşında situasiya Kiyevin əleyhinə dəyişir.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir:

“ABŞ-də prezident seçkiləri öncəsi Konqresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması Putini kifayət qədər cəsarətləndirib. Rusiya Prezidenti təkcə Ukrayna ilə deyil, Polşa və Baltikyanı ölkərini, Mərkəzi Asiyanı cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ-nin vecsizliyi Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altında qoyub”.

 

Müsahibimiz bildirib ki, Almaniya, Fransa və Böyük Britaniya üçlük koalisiya yaradıb Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər:

“Həmçinin növbəti ayda respublikaçıların Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkündür. Almaniya və Fransada Rusiyanın Ukraynada irəliləyişinin təhlükəli olduğu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdığı hiss edilə, nəticədə Kiyevə hərbi yardımlar artırıla bilər. Proses yay aylarında mümkün görünür”.

 Tacxeber.com

Oxşar xəbərlər

Röyanın konsertindən əvvəl dəhşət yaşandı: 12 ölü, 35 yaralı var – Video

admin

Zelenski Donbasa getdi

redaktor

İsrail iki cəbhədə müharibə apara bilməyəcək – İran

redaktor