Maraqlı

Avtomobildən 16 kilo ağırlığında zəhərli ilan tapıldı – Foto

Dünyanın ən zəhərli ilan növlərindən biri kimi tanınan, çəkisi 16 kiloqram olan “kral kobra”sı Tailandda bir evin qarajında avtomobilin mühərrik hissəsində tapılıb.

 

Tacxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, Tailandın Çantaburi əyalətində park etdiyi avtomobilinin kapotunu açan qadın nəhəng ilanla qarşılaşıb. Səlahiyyətlilərə məlumat verildikdən sonra əraziyə ekspert qrupları gəlib.

 

Ekspert qrupu tərəfindən maşından çıxarılan ilanın 4 metr 25 santimetr uzunluğunda, 16 kiloqram ağırlığında və dünyanın ən zəhərli ilan növlərindən biri kimi tanınan “kral kobra”sı olduğu müəyyən edilib.

 

Qeyd edilir ki, avtomobilin mühərrik hissəsində gizlənən ilan həddindən artıq istilər səbəbilə ətrafdakı tarlalardan gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Konqresində UNO(Uçan Naməlum Obyekt) ilə bağlı video nümayiş etdirilib

admin

Televizor pultundakı rəngli düymələr görün nə işə yarayırmış

redaktor

Rafael Fiziyev: “Xoşbəxtəm ki, vətənimdə döyüşdüm və qələbə qazandım”

redaktor