GündəmHadisə

Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi… – Video

Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi… – Video

Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində bazarın dam örtüyü yanıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə vəziyyət Moskva vaxtı ilə saat 17:05-də qeydə alınıb. Dərhal işçilərin və müştərilərin təxliyəsinə başlanılıb, ilkin məlumata görə, zərərçəkən olmayıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, ümumilikdə 153 nəfər ərazidən çıxarılıb, xəsarət alan olmayıb:

“İlkin olaraq yanğının sahəsi 700 kvadratmetr, sonra isə 7000 kvadratmetr ərazini əhatə edib. Söndürmə işlərinə 40-dan çox canlı qüvvə və 25 texnika cəlb olunub”.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılan Elmira Axundova: “İki gün əvvəl hovuzda 1 kilometr üzdüm”

redaktor

Nehrəm sakinləri: Yeni nümayəndə də Fuad Nəcəflinin yolunu gedir

admin

Metroda qatar xarab oldu –  Sıxlıq yarandı

admin