15 C
Bakı
26 Mart 2026 17:45
Hadisə

Ramanada mazutluq sahədə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Tacxeber.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Tacxeber.az

Oxşar xəbərlər

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: “Ustad ruhani” saxlanıldı

redaktor

Həbsdəki jurnalist Nurlan Libre aclığa başladı.

admin

Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı – VİDEO

redaktor