Hadisə

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Tacxeber.az xəbər verir ki, hadisə Hatay əyalətində qeydə alınıb. Dörtyol rayonunda, İskəndərun-Adana magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.

Yaralılar Dörtyol Dövlət Xəstəxanasına çatdırılıblar.

Tacxeber.az

Oxşar xəbərlər

Somalidə hücum: 9 nəfər öldü

redaktor

Şəhidin qardaşının təkzib videosunu kim çəkib? – “Utancverici bir təkzibdir”

admin

Rusiyada hərbi hissədə partlayış: 3 hərbçi ölüb, 16 nəfər yaralanıb

redaktor