23 C
Bakı
30 Sentyabr 2026 01:12
İdman

“Qarabağ”ın hücumçusu Fransa klubuna keçir

“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub.

Tacxeber.az xarici nəşrlərə  istinadən bildirir ki,   seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq.

27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu – 20-ci pillədə qərarlaşıb.

Tacxeber.az

Oxşar xəbərlər

Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu

admin

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin

“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” – Zidan

admin