
Moskvanın Taqanski Rayon Məhkəməsi komediya ustası Ruslan Belını “Xarici agentlər haqqında” qanunvericiliyi pozduğuna görə 30 min rubl məbləğində cərimələyib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
Qeyd edək ki, Ruslan Belının adı Rusiya Ədliyyə Nazirliyi tərəfindən 2023-cü il sentyabrın 1-də xarici agentlər siyahısına daxil edilib.
Nazirlik iddia edir ki, o, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıb və Rusiya Federasiyası Silahlı Qüvvələrinin mənfi imicini yaratmağa yönəlmiş fəaliyyətlər həyata keçirib.

