
“Balkanların Nostradamusu” kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən ikisi doğru çıxıb.
Tacxeber.com Unikal-a istinadən xəbər verir ki, Vanqanın bu il üçün açıqlamalarını şərh edənlər mütəxəssislər 2 proqnozun özünü doğrultduğunu açıqlayıb.
Belə ki, Baba Vanqa “Bu il dünya iqtisadi böhranla üzləşəcək”, – deyə proqnoz verib. Mütəxəssilər buna əsasən, bildirirlər ki, artıq İngiltərə və Yaponiyada iqtisadi böhran yaşanmağa başlayıb. Britaniya mediası Birləşmiş Krallıqda ümumi daxili məhsulun (ÜDM) dekabr ayına qədər olan üç ayda gözləniləndən daha böyük nisbətdə 0,3 faiz azaldığına diqqət çəkib.

