Dünya

Ukrayna limanlarından nə qədər taxıl daşınıb?

Ukrayna limanlarından nə qədər taxıl daşınıb?

Avqustun 1-dən etibarən Ukrayna limanlarından daşınan taxılın miqdarı 1 milyon 43 min 286 ton olub.

Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat verib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin sədrliyi ilə iyulun 22-də imzalanan taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü üzrə Ukrayna limanlarından bu əmtəələrin daşınması planlaşdırıldığı kimi davam edir.

Qeyd olunub ki, prosesə nəzarəti Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan sazişdən sonra İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzi həyata keçirir.

Tacxeber.az

Oxşar xəbərlər

Avropa Komissiyası Ukraynada dağılmış məktəblərin bərpasına 100 milyon avro ayırıb

redaktor

Aviaşouda xaos yarandı: 5 ölü, onlarla yaralı.

admin

ŞOK: ABŞ-nin Zelenskiyə qarşı casusluq etdiyi ortaya çıxıb

redaktor