7 C
Bakı
28 Dekabr 2025 04:09
Dünya

Ukrayna Prezident Ofisi: Terror aktı ilə əlaqəmiz yoxdur

Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı əlaqəmiz yoxdur.

 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkədə yazıb.

 

“Ukrayna heç vaxt terror metodlarına müraciət etməyib. Bu həmişə mənasızdır”, – o qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə terror hücumlarına müraciət edir, hətta keçmişdə “antiterror tədbirləri” adı altında “öz vətəndaşlarına həmlələr edib”.

 

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Salyan sakinindən tiryək və heroin götürülüb

redaktor

İslamın Avropada yeri yoxdur.

admin

Yakutskda heyvanlar -80 dərəcə şaxtada ayaqüstə donaraq öldü – VİDEO

redaktor