DünyaHadisə

İnsanın mədəsindən canlı ilan balığı ÇIXARILDI

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar.

 

Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb.

 

Həkimlər xəstənin üzərində rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər təcili cərrahiyə əməliyyatına ehtiyac olduğuna qərar veriblər.

Məlum olub ki, xəstənin mədəsində 30 sm uzunluğunda diri ilan balığı olub, əməliyyat uğurla keçib və kişi tədricən normal vəziyyətə düşüb. Bununla belə, ilan balığının mədədə bu qədər vaxt keçirərək sağ çıxması xəstəxana işçilərini daha çox təəccübləndirib.

 

Həkimlər hesab edirlər ki, balıq çürüməyə başlayıb və bu, həyati təhlükəsi olan ciddi fəsadlara səbəb ola bilərdi. Balığın onun bədəninə necə daxil olması məlum deyil.

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor