30 C
Bakı
12 Avqust 2025 11:20
Dünya

Putin bizim zəifləyəcəyimizi gözləyir? Səhv edir!

Rusiya insanların düşündüyü qədər güclü deyil. Hərbi baxımdan Rusiyanın Ukraynadakı müharibəsi şübhəsiz ki, qəddardır, lakin daxildə Rusiyanın repressiv sistemi zəiflik əlamətlərini göstərir. AB-nin Rusiyaya qarşı Ukraynaya yorulmadan dəstək verməsi çox vacibdir.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

 

“Əgər Rusiya prezidenti düşünürsə ki, bu müharibədə biz zəifləyənə qədər gözləmək lazımdır, deməli, səhv edir. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Biz – Almaniya və Fransa, Veymar üçbucağı, bütün Avropa Birliyi – bilirik. Və bu, bizim bütün qərarlarımızla Rusiyaya göndərdiyimiz siqnaldır”, – Almaniya kansleri vurğulayıb.

 

Şolts AB çərçivəsində silah istehsalı sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstəyini ifadə edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiyanın Moldova və Gürcüstanı yenidən öz təsiri altına alması bizim də xeyrimizə olmaz…”

admin

Ukrayna Rusiyanın Kursk vilayətində üç kəndi ələ keçirib

admin

Abdullayevanın Makrona dediyi sözlər erməniləri qəzəbləndirdi

redaktor