DünyaSiyasət

Avrokomissiya Rusiya aktivləri ilə bağlı qərar verdi

Avropa Komissiyası Rusiyanın qurumda dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi təklifini təsdiqləyib.

 

Bu barədə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.

“Avropa Komissiyası bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell ilə birlikdə Rusiyanın aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı hazırlanmış təklifləri təsdiqləyib”, – Dombrovskis deyib.

Avropa Komissiyasının rəsmisi qeyd edib ki, bu təklif Avropa İttifaqının martın 21-22-də keçiriləcək sammitində nəzərdən keçiriləcək və orada Ukraynaya dəstək tədbirləri müzakirə olunacaq. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “Bizə nüvə silahlarını geri verin” – VİDEO

redaktor

Azərbaycan millisi Ukraynaya qarşı

admin

Türk əsilli amerikalı bir həkim ABŞ-da erməni diasporunu necə təşvişə saldı?

redaktor