30 C
Bakı
12 Avqust 2025 13:27
Cəmiyyət

“Instagram”da 6 yeni funksiya

“Meta” “Instagram”da mesajlaşma bölməsi üçün 6 yeni funksiya əlavə edib.

 

Yeni funksiyalardan biri mesajların redaktə edilməsidir.

 

Bu funksiyaya əsasən, istifadəçilər mesajı göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə edə biləcəklər. Artıq mesajda yazı səhvini düzəltmək və ya mesajın daha yaxşı görünməsi üçün redaktə etmək mümkündür.

 

Başqa bir xüsusiyyət də söhbəti sancaqlamaqdır.

 

Yeni funksiyaya sayəsində istifadəçilər istədikləri mesajı mesaj qutusunun yuxarı hissəsinə yapışdıra biləcəklər.

 

“Oxundu” bildirişlərini söndürmək olacaq.

 

İnstaqramda kiməsə mesaj göndərdiyiniz zaman o mesajı oxuduqda proqram sizə mesajın altında digər şəxsin mesajı oxuduğunu və əksinə qeyd göstərəcək. Bu, çox faydalı xüsusiyyət olsa da, bəzi insanlar başqalarının mesajları oxuduqlarını bilməsini istəmirlər. Bu insanlar üçün “Meta” indi “oxundu” bildirişlərini söndürmək imkanı əlavə edib.

 

“Instagram” artıq söhbətin mövzusunu dəyişməyə icazə verir.

 

“Meta” indi platformaya “Love”, “Lollipop” və “Avatar” da daxil olmaqla, bir neçə yeni söhbət mövzusu əlavə edib. Meta bu xüsusiyyətləri hər bir platforma (Android və iOS) üçün tətbiqin ən son versiyaları ilə yaymağa başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ölkədə həkim-nefroloq çatışmır, TƏBİB-də 50 faiz vakant yer var – Rəsmi

redaktor

Ölüm olan klinikada yoxlama aparıldı – Həkim qanunsuz işləyirmiş

redaktor

Onkoloqlar sümük xərçəngi üçün 70% effektivliyə malik vasitə hazırlayıblar

redaktor