32 C
Bakı
12 Avqust 2025 18:01
Gündəmİdman

Qurban Qurbanovla bağlı maraqlı suala – Xabi Alonsonun cavabı

 

“Bayer”in baş məşqçisi Xabi Alonso “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan danışıb.

 

O, bu gün keçirilən mətbuat konfransında həmkarı barədə fikirlərini bildirib. azerisport.com-un xəbərinə görə, azərbaycanlı jurnalist tədbirdə X.Alonsoya belə bir sual ünvanlayıb:

“Yanvarın sonunda Qurban Qurbanov sizin klubun qonağı oldu. Əgər bilsəydiniz ki, “Qarabağ” sizinlə yenidən düşəcək, Qurbanovu qəbul edərdinizmi?” sualı ispaniyalı mütəxəssisdə təbəssüm yaradıb.

 

X.Alonso cavabında deyib: “O, yaxşı məşqçidir. İstənilən halda onu böyük məmnuniyyətlə qəbul edərdik. Yaxşı söhbətlərimiz oldu. Aramızda heç bir sirr yox idi. Bizim bir-birimizdən gizlədəcəyimiz heç nə yoxdur”.

Xatırladaq ki, bu mövsüm Avropa Liqasının qrup mərhələsində qarşılaşmış “Qarabağ”la “Bayer” martın 7-də sabah Bakıda həmin yarışın 1/8 finalında da üz-üzə gələcəklər. Bu komandalar arasında cavab görüşü martın 14-ü Leverkuzendə keçiriləcək. (Qol az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İran Qarabağa terror-diversiya qrupu göndərib? – 14 nəfərin kimliyi bilindi

admin

Niyə amerikalılar Conn Kennedinin ölümünün rəsmi versiyaya inanmırlar və KQB və MKİ-nin izini axtarırlar?

admin

Hacı Şahinə səhhətindəki problemin ciddiliyi deyilməyib – Oğlundan açıqlama

redaktor