11 C
Bakı
30 Mart 2026 00:44
Cəmiyyət

Səfər Mehdiyev özünə şirkət qurdu – Sabiq rəis direktor oldu

Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.

 

Tacxeber.com xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, plkovnik işdən çıxdıqdan biray sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.

 

Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyəti sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı , otelçilik və qida sektoru.

 

Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.

 

Əldə etdiyimiz digər məlumata görə, “APF Group” MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.

 

Qeyd edək ki, Fuad Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Qarın sevinci, istiliyə artan tələbat, səssiz və qoxusuz ölüm – HƏKİM MƏSLƏHƏTİ

redaktor

Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

redaktor

Fala baxmaq adı ilə dələduzluq edən qadınlar tutuldu

redaktor