15 C
Bakı
30 Mart 2026 18:30
CəmiyyətHadisə

“Neftçi” azaerkeşlərdən şikayət edibmi? – Açıqlama

 

“Neftçi” klubun bazasına hücum edən azarkeşlərin həbs edilməsi ilə bağlı açıqlama yayıb.

 

Açıqlamda bildirilib:

 

“Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi”nin İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” klubu heç bir şikayət bildirməyib. Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

 

Xatırladaq ki, məhkəmənin qərarı ilə “Neftçi”nin bazasına hücum edənlərdən biri 30, digəri 15 sutka inzibati qaydada həbs olunublar. 2 nəfər isə cərimə edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Şuşa fatehi” Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR

redaktor

DİQQƏT! Xətai rayonuna nəhəng asteroid tipli konteyner obyekt düşdü – Səlahiyyətli şəxslər öhdəsindən gələ bilmir? (VİDEO)

admin

Ölkələrə görə pensiya yaşı – 58, 65, 67…

admin