24 C
Bakı
23 İyun 2025 11:31
Cəmiyyət

Azaraq Ermənistana keçən hərbçimizə qarşı cinayət təqibi dayandırıldı

2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Ermənistan İstintaq Komitəsi Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurorluğa vəsatət verib və o, təmin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

ŞOK! Avtoqəzaların səbəbi ortaya çıxdı – Bu “zapçast”lar ölümə yol açır

redaktor

“Maşınımı yandırar, başqasına vermərəm“ – Nemət Pənahlı kimi hədələdi?

redaktor

Azər Qasımlı bu səbəblə saxlanılıb.

admin