20 C
Bakı
23 İyun 2025 09:07
Cəmiyyət

Uşaqlarda nitq ləngiməsi halı niyə artıb? Psixoloqdan valideynlərə CAĞIRIŞ

Uşaqların bəzilərində səs və danışıq pozğunluqları müşahidə edilə bilər. Son zamanlar uşaqlarda nitq ləngimələrin sayı artıb. Bəs bunun səbəbi nədir? Bu halın qarşısını necə almaq olar?

 

Tanınmış psixoloq Fərqanə Mehmanqızı uşaqlarda nitq ləngiməsinin səbəblərini açıqlayıb.

 

O bildirib ki, valideynlər övladları ilə danışmır, söhbət etmir

 

“Nitq problemləri bu gün aktiv şəkil yayılıb. Bu uşaqların sosiallaşmamasının nəticəsidir. Hər bir uşaqda tənbəllik var. Danışmağa başlamaq uşağa əziyyət verir. Əgər uşaq bütün gün telefon ilə oynayırsa, televiziyaya baxırsa bu artıq ağız tənbəlliyinə gətirib çıxarır.

 

Buna görə də uşaqlarda nitq inkişafı ləngiyir .Ağız tənbəlliyi zamanı əzələ yığılır. Bu hall da müəyyən niqt problemlərinə gətirib çıxara bilir.

 

Uşaq bu zaman özünü ifadə edə bilmir. Buna ehtiyac duymur. Bu zaman da ağızdakı əzələlər sərtləşir. Uşaqlar özlərini sadəcə jestlərlə ifadə etməyə çalışırlar. Valideynlər övladları ilə danışmır, söhbət etmir. Bunun nəticəsi də göz qabağındadır”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağdakı evi atıb Bakıya gəlmək doğru deyil” – Keçmiş deputat

redaktor

“Rayonda saqqalıma görə polis saxlayırdı” – Suriyaya gedən azərbaycanlı

admin

Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb

redaktor